Bazar
Mar 09

Hamburq aeroportunun işi iflic oldu: Bütün reyslər ləğv edildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Almaniyanın Hamburq hava limanında martın 9-na planlaşdırılmış bütün təyyarə enişləri və uçuşları ləğv edilib.

King.Az xəbər verir ki, bu barədə Hamburq aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

Buna səbəb kimi hava limanı əməkdaşlarının tətil keçirmələri göstərilir: "Tətili heç bir xəbərdarlıq etmədən "Ver.di" adlı həmkarlar ittifaqı təşkil edib".

Həmkarlar ittifaqı aeroport işçiləri üçün maaşların artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.