Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın nadir torpaq resurslarına girişin Vaşinqtona verilməsinə dair razılaşmanın ABŞ ilə müzakirəsi çərçivəsində bəyan edib ki, dövləti satmaq niyyətində deyil.
King.Az bildirir ki, bu barədə ABŞ-ın "The Wall Street Journal" qəzeti məlumat paylaşıb.
Bildirilir ki, Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent Ukrayna lideri ilə Kiyevdə görüşərkən müvafiq sənədi ona tərəf yaxınlaşdıraraq imzalamasını tələb edib:
"Zelenski sənədə tez nəzər salaraq deyib ki, bunu komandası ilə müzakirə edəcək. Ardınca Bessent sənədi Zelenskiyə tərəf daha da yaxınlaşdırıb".
V.Zelenski vurğulayıb ki, bu, qeyri-ciddi söhbətdir: "Mən dövlətimizi sata bilmərəm".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevralın 15-də rəsmi Kiyevə ABŞ-a Ukraynanın nadir torpaq ehtiyatlarının 50 faizinə çıxış imkanı verəcək razılaşma təklif edib.