0
Çərşənbə
Fev 05

Zelenski Qərbdən nüvə silahı istədi

HASANLY
Ukrayna Prezidenti Volodimir Zelenski Qərbdən nüvə silahı və raketlər istəyib.

King.Az xəbər verir ki, o, bu tələbini britaniyalı teleaparıcı Pirs Morqana müsahibəsində səsləndirib. Morqan müsahibənin anonsunu "X" sosial şəbəkəsində paylaşıb.

Videofraqmentdə Zelenski Ukraynanın NATO-ya daxil olmasını müzakirə edir və bunun yaxın gələcəkdə baş verməyəcəyini etiraf edir. Onun fikrincə, proses illərlə, onillərlə uzana bilər.

"Yardım paketi necə olacaq, hansı raketlər olacaq, bizə nüvə silahı verəcəklərmi? O zaman bizə nüvə silahı versinlər. Gəlin belə edək: nüvə silahımızı geri verin, bizə raket sistemləri verin", - deyə Ukrayna lideri bildirib.

Bundan əlavə, o, Ukrayna ordusu üçün maliyyə yardımı xahişi ilə Qərb ölkələrinə müraciət edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.