0
Şənbə
Yan 10

Yerə yaxın planetlərin paradının tarixi açıqlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Yerə ən yaxın olan üç planetin - Merkuri, Venera və Marsın paradı yanvarın 22-dək Günəşin ətrafında formalaşacaq.

King.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

"Yanvarın 22-nə doğru üç planet və Günəş səmada demək olar ki, düzgün romb konfiqurasiyasında düzüləcək, bundan sonra isə planetlər paradı tədricən dağılmağa başlayacaq", - deyə laboratoriyanın açıqlamasında bildirilir.

Məlumata görə, Merkuri yanvarın sonuna qədər Günəşdən ilk uzaqlaşan planet olacaq. Fevral ayı ərzində isə əvvəlcə Venera, daha sonra Mars Günəşdən aralanacaq.

Bundan sonra hər üç planetin Günəş yaxınlığında daha genişmiqyaslı (10 dərəcə həddində) növbəti yaxınlaşması yalnız 2038-ci ilin sentyabrında baş verəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.