Şənbə
Fev 01

Türkiyəni ötən il 62 milyondan çox turist ziyarət edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Türkiyəni ötən il 62 milyon 269 min 890 turist ziyarət edib ki, bu da 2023-cü illə müqayisədə 9.8 faiz çoxdur.

King.Az "Turizm Proje Dergisi"nə istinadən bildirir ki, Türkiyə 2024-cü ildə turizmdən 61.1 milyard dollar gəlir əldə edib. Bu da əvvəlki illə müqayisədə 8.3 faiz çoxdur.

Türkiyəyə ən çox turist Rusiya, Almaniya və Böyük Britaniyadan gəlib.

Türkiyəyə gələn beynəlxalq turistlər ölkədə orta hesabla 10.7 gün qalıblar və hər bir turistdən əldə edilən gəlir 972 dollar olub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.