Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun oğlu Alekseyin əmlakı hərbi çağırışa məhəl qoymadığı üçün verilən 25 500 qrivna (təxminən 1 030 manat - red.) məbləğində cərimənin ödənilməməsinə görə həbs edilib.
King.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" müvafiq qətnaməyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, yanvarın 8-də Kiyevin Peçorsk Rayon Ərazi Komplektasiya Mərkəzi Aleksey Poroşenkonu 25 500 qrivna (təxminən 1 030 manat - red.) cərimələyib. Qərarda bildirilir ki, cərimə 15 gün ərzində ödənilməsə, cərimənin məbləği 2 dəfə artırılacaq.
2025-ci il yanvarın 28-də paytaxtın Peçorsk rayonunun Dövlət İcra Xidməti Poroşenkodan 51 min qrivna (təxminən 2 067 manat - red.) məbləğində inzibati cərimənin məcburi qaydada alınması barədə qərar qəbul edib. Cərimə ödənilənə qədər borclunun bütün əmlakına həbs qoyulur.

Oxşar Mövzular

"Qalatasaray" azarkeşlərinə Viktor Osimhendən BƏD XƏBƏR
30-09-2024, 17:12
Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub
13-01-2025, 21:10
Gündəlik Bürclər-(24.03.2025)
24-03-2025, 10:36