Çərşənbə axşamı
Yan 27

İşğaldan azad edilən ərazilərdə işlə təmin olunan vətəndaşların sayı məlum olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İşğaldan azad olunmuş regionlarda işlə təmin olunan vətəndaşların sayı açıqlanıb.

King.Az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunları və 2026-cı ildə hədəflərinə dair keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.

O bildirib ki, 8 mindən çox vətəndaş işğaldan azad olunan regionlarda işlə təmin olunub:

"Eyni zamanda 743 nəfərin də məşğulluğa cəlb olunması istiqamətində hazırda müvafiq tədbirlər davam etdirilir".

Sədr vurğulayıb ki, ötən il 2 847 vətəndaş işlə təmin edilib, 154 nəfər özünüməşğulluq proqramına cəlb olunub:

"Azad edilən ərazilərdə çalışan vətəndaşların 58 faizi dövlət, 42 faizi özəl sektorda çalışır. Bundan başqa, ötən il ərzində 154 nəfər (52 faizi qadın, 48 faizi kişi) özünüməşğulluq proqramına müxtəlif istiqamətlər üzrə cəlb edilərək aktivlərlə təmin olunub. Bununla da cari dövrədək işğaldan azad edilmiş ərazilərdə öz biznesini qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində dövlət dəstəyi göstərilənlərin sayı 705 nəfərə çatıb. Hazırda 266 nəfərlə özünüməşğulluq proqramı üzrə işlər davam etdirilir".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.