Çərşənbə
Yan 22

Türkiyədə zəlzələ baş verib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Türkiyənin Egey dənizi sahillərində 5.2 bal maqnitudalı zəlzələ baş verib.

King.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 23:38-də (Bakı vaxtı ilə 00:38) Türkiyənin Çanaqqala vilayətinin Ayvacık şəhərindən 20 km cənub-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 8.6 km dərinlikdə yerləşib. İtkilər və dağıntılar barədə məlumat verilməyib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.