Cümə
Yan 17

Hindistanda öküz yarışında faciə: Ölənlər və yüzlərlə yaralanan var

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Hindistanda öküz əhliləşdirmə yarışı zamanı 7 nəfər ölüb, 400-dən çox insan yaralanıb.

King.Az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə "The Times of India" nəşri məlumat verib.

Məlumata görə, tədbirlər Tamilnad ştatında, Sivaqanqa, Maduray, Krişnaqiri və Salem kimi bölgələrdə keçirilib.

Qeyd olunub ki, yarış zamanı həm iştirakçılar, həm də tamaşaçılar xəsarət alıblar. Ölənlərdən 6-sı tədbirdə tamaşaçı qismində olub.

Bildirək ki, Hindistan korridası olan "Callikattu" yerli öküz əhliləşdirmə idman növüdür ki, bu zaman iştirakçı öküzün buynuzlarından tutmalıdır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.