Qoç
Sizi böyük işlər gözləyir. Ola bilər ki, bunlara görə əvvəlcədən planlaşdırdığınız istirahəti və ya əyləncələri təxirə salmalı olasınız. Buna görə çox sevinməsəniz də, xəyal qırıqlığına da qapılmayacaqsınız. Əvvəla, uğur qazanmaq imkanı özü-özlüyündə ruhlandıracaq. İkincisi, bu gün qarşınıza çıxacaq vəzifələr özünüzü ən yaxşı tərəfdən göstərmək, heç kimin bilmədiyi istedadlarınızı üzə çıxarmaq üçün böyük fürsət yaradacaq. Nəticədə yeni müttəfiqlər və dostlar qazanma ehtimalınız yüksəkdir.
Qeyri-planlaşdırılmış görüşlər və maraqlı tanışlıqlar mümkündür. Elə də istisna deyil ki, əvvəllər sizə yuxarıdan baxan və ya münasibətdən qaçan biri indi sizin rəğbətinizə sahib olmağa çalışacaq. Lakin tələsməyin: əvvəlcə onun nə istədiyini dəqiq öyrənməyə dəyər.
Buğa
Bəzi mühüm qərarlar vermək lazım gələ bilər. Məlumat az olsa belə, intuisiya və sağlam düşüncə sizin köməyinizə çatacaq. Bir çox Buğalar çətin işləri üzərinə götürməyə hazır olduqlarını anlayacaqlar, əvvəllər ağır görünən tapşırıqlar indi daha real təsir bağışlayacaq. Ulduzların dəstəyi sayəsində uğur qazanacaqsınız, baxmayaraq ki, buna müəyyən qədər səy tələb olunacaq. Tanışlardan kömək istəyə bilərsiniz, amma onların sizdən daha yaxşı öhdəsindən gələcəyini düşünməyin. Hətta xoşunuza gəlməsə də, başqalarının işini nəzarətdə saxlamaq vacib olacaq.
Çox güman ki, vaxt tapmadığınız köhnə hobbilərinizə və maraqlarınıza qayıtmaq istəyəcəksiniz. Bu məşğuliyyətlər təkcə əhvalınızı qaldırmayacaq, həm də sizi maraqlı fikirlərə gətirəcək. Ən çevik Buğalar isə hətta bunları gəlir mənbəyinə çevirməyin yolunu tapa bilərlər.
Əkizlər
Bu günü faydalı keçirmək istəyirsinizsə, dərhal işə başlayın, uyğun anı gözləməyə ehtiyac yoxdur. Təşkilati məsələləri çözmək, mühüm tapşırıqlar üçün yaxşı komanda toplamaq və əvvəl əlaqə qurmaqda çətinlik çəkdiyiniz insanlarla razılaşma əldə etmək sizə asan olacaq.
Bəzi Əkizlərin həyatında böyük dəyişikliklərin başlanğıcı ola biləcək yeni ideyalar ortaya çıxacaq. Hər şey dərhal istədiyiniz kimi alınmasa belə, siz uğura inamınızı qoruyacaqsınız və bu, düzgün nəticə əldə etməyinizə kömək edəcək.
Xərçəng
Kiçik işlərə həddən artıq enerji sərf etməyin və xırda anlaşılmazlıqlara görə əsəbiləşməməyə çalışın. Gün ümumilikdə uğurlu olacaq, hətta səhər saatlarında gözlənilməz problemləri həll etməli və ya qəfil yaranan narazılıqları aradan qaldırmalı olsanız belə. Əsas odur ki, bunlara ilişib qalmayasınız və ən vacib məqsədlərinizi unutmadan irəliləyəsiniz.
Böyük ümid bəslədiyiniz görüşlər sizi məyus etməyəcək. Sizə dəyərli dəstək göstərə biləcək insanlarla birgə fəaliyyət barədə razılığa gəlmək imkanı yaranacaq. Bəzi Xərçənglər etibarlı müttəfiqlərlə yanaşı, yeni dostlar da tapacaqlar. Lakin işlə şəxsi münasibətləri qarışdırmamaq vacibdir — xüsusilə maliyyə məsələlərində az tanıdığınız insanlara güvənməyin.
Şir
Tələsməyə dəyməz, xüsusən də bu bazar günü mühüm işlərlə və ya ciddi maliyyə məsələləri ilə məşğul olmaq qərarına gəlmisinizsə. Bir çox Şirlər bu gün həddindən artıq optimist olacaq və imkanlarını olduğundan yüksək qiymətləndirəcəklər. Belə olan halda çox böyük məqsədlər qarşıya qoyulacaq, amma onların həyata keçirilməsinin nə qədər çətin olacağı unudulacaq. Əgər vəziyyəti diqqətlə analiz etsəniz, bütün üstünlükləri və çatışmazlıqları ölçüb-biçsəniz, qarşıdakı çətinlikləri öncədən görsəniz, uğurun yolunu tapmaq mümkün olacaq.
Ünsiyyətdə seçici olmaq lazımdır. Yaxşı olar ki, yanınızda real düşünən və sizi həddindən artıq xəyallara qapılmağa qoymayan biri olsun. Əvəzində xəyalpərəstlərdən və əsasız vədlər verən insanlardan uzaq durmaq məsləhətdir — əks halda onlar sizi çaşdıra bilərlər.
Qız
Ünsiyyət üçün əla gündür. Yeni tanışlar sizə dərhal simpatiya duyacaq, siz də onlara xoş təsir bağışlayacaqsınız. Açıq və səmimi olmağınız münasibət qurmağı asanlaşdıracaq, dinləmə bacarığınız isə adətən məsafəli davranan insanları da sizə tərəf cəlb edəcək. Gözlənilməz dəvətlər və imtina etmək istəməyəcəyiniz təkliflər mümkündür. Sizdən məsləhət istəyənlər də olacaq — onların təcrübəsi vaxtilə sizə çox kömək edib. Bundan başqa, əvvəllər münasibətiniz pozulan və ya əlaqəsi kəsilən insanlarla barışmaq şansı yaranacaq.
Gün vacib işlər üçün də münasibdir. Əvvəldən planlaşdırdığınız işləri həyata keçirəcək və üstəlik, yeni ideyalar irəli sürəcəksiniz. Onları reallaşdırmaq imkanı da tezliklə yaranacaq. Təşəbbüskar olmaq və fikirlərinizi bölüşmək üçün gözəl zamandır.
Tərəzi
Siz çox şeyə qadirsiniz və başladığınız işlərin uğurlu olacağına tam inanırsınız. Bu gün çətin, amma çox perspektivli bir layihəyə girişməkdən çəkinməyəcəksiniz — üstelik əvvəllər heç kim ona yaxın durmağa cəsarət etmirdi. Yaradıcılıq tələb edən məqamlarda heç kim sizinlə rəqabət apara bilməz. Tapşırıq çətin görünsə belə, geri çəkilməyəcək və göstərdiyiniz səylərin qarşılığını tezliklə alacaqsınız. Əvvəllər sizin bacarıqlarınıza şübhə edən insanlar bu gün səhv etdiklərini anlayacaqlar. Onlardan bəziləri hətta sizə köməkçi olmaq üçün özünü təklif etməyə başlayacaq, amma hələlik onlara tam etibar etmək düzgün olmaz.
Bu gün işgüzar intuisiya çox güclü olacaq. Maliyyə məsələlərində sizi aldatmaq mümkün olmayacaq. Bəzi Tərəzilər kiçik, amma stabil əlavə gəlir mənbəyi tapacaq, digərləri isə çox sərfəli razılaşmalar imzalayacaqlar.
Əqrəb
Sizi sakit və sabit bir gün gözləyir. Vaxtilə başladığınız işləri tamamlamaq, nəticələri dəyərləndirmək üçün əla zamandır. Yeni işə yalnız o halda başlamağa dəyər ki, özünüzü enerji ilə dolu və həvəsli hiss edirsiniz və heç bir halda gözləmək istəmirsiniz. Əks hallarda isə bir qədər fasilə vermək daha doğrudur — dincəlmək, ətrafı müşahidə etmək, məqsədlərinizi dəqiqləşdirmək üçün bu gün münasibdir. Vacib olan odur ki, kimsə sizə təzyiq göstərməsin və qarışıq məsləhətlərlə sizi çaşdırmasın. Bəzi Əqrəblər bir müddət bəzi insanlarla ünsiyyəti azaltmalı olacaqlar ki, işlərinə neqativ təsir göstərilməsin.
Maliyyə məsələlərində müsbət tendensiyalar üstünlük təşkil edəcək. Pul göydən düşməyəcək, amma əlavə gəlir qazanmaq şansı yaranacaq. Demək olar ki, bütün Əqrəblərin uğurlu alış-veriş etmək imkanı olacaq.
Oxatan
Gün maraqlı fürsətlər gətirəcək və sizi xoş sürprizlərlə sevindirəcək. Bəzi məqamlar qarışıq görünə bilər, amma siz intuitiv şəkildə düzgün davranış xəttini seçəcəksiniz — sanki içinizdəki kompas hər addımı dəqiq göstərəcək. Üstəlik, bu gün ətrafdakılarla ünsiyyət qurmaq həmişəkindən daha asan olacaq, əvvəllər ünsiyyətdən yayınan insanlarla belə tez dil tapa biləcəksiniz.
Maliyyə məsələlərində də intuisiya etibarlı bələdçi olacaq. Hiss edirsinizsə ki, hansısa alış və ya investisiya məntiqlidir, çox güman ki, bu, həqiqətən belədir.
Oğlaq
Günün əvvəlində kiçik çətinliklər mümkündür. Bu vaxt nəyisə unutmaq, qarışdırmaq, vacib detalı gözdən qaçırmaq və ya dostlarla razılaşdırılmış bir məsələni səhv anlamaq riski böyükdür. Lakin bu cür xırda səhvləri tezliklə görüb düzəldəcəksiniz, buna görə də narahat olmağa dəyməz. Günün sonrakı hissəsində müsbət tendensiyalar güclənəcək. Artıq günortadan etibarən faydalı işlər üçün əlverişli vaxt başlayır, daha sonra isə yaxınlarınıza kömək etmək və ya uzun müddət ailədə narahatlıq yaradan bir problemi həll etmək fürsəti yaranacaq.
Bu gün maliyyə əməliyyatları üçün münasibdir — məsələn, depozit açmaq, sərfəli şərtlərlə kart rəsmiləşdirmək və ya böyük xərcləri planlaşdırmaq üçün.
Dolça
Bugünkü açıqlığınız və pozitiv enerjiniz insanları özünüzə cəlb edəcək. Bir çoxları sizə həm mənəvi dəstək, həm də məsləhət üçün müraciət edəcək, bəziləri isə sadəcə ürəkdən söhbət etmək istəyəcək. Amma diqqətli olun — sizə yaxınlaşmağa çalışanların hamısı etimadınıza layiq deyil.
Xüsusilə maliyyə məsələlərində seçici davranmaq vacibdir. Tanımadığınız insanlara borc vermək, vacib planlarınızı danışmaq və bütün sirrlərinizi açmaq uyğun deyil. Gün, ümumilikdə, maliyyə baxımından pis olmayacaq, əgər xərcləri məntiqli şəkildə etməyə çalışsanız.
Balıq
Bu gün həm vacib işlər üçün, həm də sadəcə dincəlib rahat mühitdən zövq almaq üçün eyni dərəcədə uyğundur. Əgər tamamlanmamış işləriniz varsa və onlar aydın düşüncə tələb edirsə, bu günü məhz onların başa çatdırılmasına həsr etmək doğru qərar olar. Əgər bir az fasilə vermək istəyirsinizsə, ulduzlar buna da mane olmur — darıxmayacaqsınız, çünki məşğul olmaq üçün maraqlı bir şey tapılacaq.
Bu gün bir çox Balıqlara diplomatik bacarıqları lazım olacaq. Əgər ailədə gərginlik və ya anlaşılmazlıq varsa, vəziyyəti yumşaltmaq və insanları barışdırmaq üçün yaxşı fürsət yaranacaq. Düzgün sözləri seçmək və uyğun məqamı tutmaqla münasibətləri daha isti edə biləcəksiniz.
Oxşar Mövzular

