"Novitec" tüninq studiyası "Rolls-Royce Phantom" sedanı üçün qeyri-adi bir layihə elan edib.
King.Az auto.ru-ya istinadən xəbər verir ki, dördqapılı premium avtomobil üçün saat formalı eksklüziv təkərlər dəsti yaradılıb.
Təkərlər düsseldorflu (Almaniya) zərgər Klaus Königsalle tərəfindən sifariş edilib.
Təkərlər "Rolex"in ən məşhur xronometrlərindən biri olan "Submariner"ə bənzədilib.
Hər təkərin mərkəzində "Klaus" yazısı və alman dilində şüar var. Güman edilir ki, bu təkərlərə malik "Phantom" zərgər tərəfindən lüks butiki üçün mobil reklam kimi istifadə olunacaq.
Oxşar Mövzular
Almaxanım Əhmədli & Murad Laçınlı - Belə qəmli dayanma
19-12-2024, 21:59Şərurlu İsfəndiyar oğlunun həbs edilməsi xəbərindən danışdı
20-04-2025, 21:44