"Mercedes-AMG"nin rəhbəri etiraf edib ki, V8-dən imtina şirkətin müştərilərinin itirməsinə gətirib çıxarıb.
King.Az xəbər verir ki, sub-brendin rəhbəri Mixael Şibe "Car" jurnalına müsahibəsində danışıb.
O, açıq şəkildə bildirib ki, dörd silindrli mühərrikə əsaslanan "plug-in" hibrid sisteminə keçid bəzi alıcılar tərəfindən yaxşı qarşılanmayıb.
"Biz V8-lərə maraq göstərən müştərilərimizi itirdik", - Şibe vurğulayıb.
Bununla belə, o təkid edib ki, hazırkı "AMG C 63" üçün güc aqreqatının seçimi düzgün olub. O, "C 63"ü portfolida çox vacib avtomobil adlandırıb. Mütəxəssis qeyd edib ki, onda "Formula-1"in ən son texnologiyalarından istifadə olunur. Onun fikrincə, "Mercedes-AMG" texnologiyanı satıcılara və müştərilərə düzgün izah edə bilməyib və ilkin yaxşı təəssürat yaratmaq fürsətini əldən verib.

Oxşar Mövzular
Ceyhun Zeynalov: "Cabirlə hər gün zəngləşirdik, hal-əhval tuturduq"
30-09-2025, 16:08"Volkswagen"in işçiləri ixtisarlara qarşı tətil elan ediblər
2-12-2024, 12:06