Cümə axşamı
Mar 20

Ansu Fatinin atası "Barselona" rəhbərliyinə şikayət etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Ansu Fatinin yaxın ətrafı "Barselona"nın futbolçuya münasibətindən narazılığını bildirib.

King.Az "Jijantes" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun atası birbaşa "Barselona"nın direktorlarına vəziyyətdən narazı olduğunu bildirib. O, hücumçunun baş məşqçi Hans Flikin ona oynamaq üçün şans verməsinə görə əlindən gələni etdiyini, amma hələ ki nəticənin olmadığını düşünür.

Fatinin yaxınları əmindirlər ki, Ansu daha çox şansa və yeni imkanlara layiqdir. 22 yaşlı futbolçu digər klublardan gələn bütün təklifləri rədd edib və yalnız "Barselona"da uğur qazanmağa ümid edir.

Qeyd edək ki, bu mövsümdə Fati La Liqada dörd oyun keçirib. Sonuncu dəfə 4 yanvar tarixində İspaniya Kubokunun oyununda meydana çıxıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.