Çərşənbə
İyn 24

Filippində güclü zəlzələ baş verib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Filippində 5 bal gücündə zəlzələ baş verib

King.Az-ın verdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri bildiriblər.

Məlumata görə, yeraltı təkanlar 24 iyun - çərşənbə günü, yerli vaxtla saat 10:04-də (Bakı vaxtı ilə 06:04-red.) qeydə alınıb. Bildirilir ki, zəlzələnin maqnitudası 5-ə çatıb. Seysmoloqlar bu cür təkanları orta miqyaslı dağıntılarla nəticələnə biləcək zəlzələ hesab edirlər.

Zəlzələnin episentri sahilboyu Balinqasay bölgəsindən 75 kilometr qərb istiqamətində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. İlkin məlumatlara görə, insan itkisi və binaların dağılması halları qeydə alınmayıb, həmçinin sunami xəbərdarlığı da verilməyib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.