Çərşənbə
İyn 24

Qırğızıstan prezidenti nəvələrinə smartfonlardan istifadəni qadağan edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Qırğızıstan Prezidenti Sadır Japarov nəvələrinə smartfonlardan istifadəni qadağan etdiyini bildirib və valideynlərə də bu cür davranmağı tövsiyə edib.

King.Az xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatında məlumat verilib.

Dövlət başçısının sözlərinə görə, təhsil müəssisələrində ölkənin tarixi və adət-ənənələri öyrədilir, lakin müasir internet dövründə uşaqlar vaxtlarının çoxunu mobil telefonlarda keçirirlər.

"Məsələn, mən nəvələrimə smartfon verilməsini qadağan edirəm. Ailəmdən onlarla oynamağı və söhbət etməyi xahiş edirəm. Bir çox valideyn səs-küy olmasın deyə, başlarını qatmaq üçün uşaqlara telefon verir. Bəzən evdə onlarla heç kim danışmır. Biz məktəbdən gələndə valideynlərimizlə çay içirdik, onlar bizimlə dərdləşir, nağıllar danışırdılar. Smartfon problemi təkcə bizim ölkəmizdə yaşanmır. Biz birlikdə uşaqlara tariximizi, adət-ənənələrimizi aşılamaqla vəziyyətə müsbət təsir göstərə bilərik", - deyə ölkə rəhbəri Cumqal rayonunun sakinləri ilə görüşündə bildirib.

Qırğızıstanın təhsil naziri Doqdurkül Kendirbayeva məktəblərdə smartfonlardan istifadənin qadağan olunduğunu xatırladıb. S.Japarov isə valideynlərə uşaqların telefon istifadəsini evdə də məhdudlaşdırmağı məsləhət görüb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.