Cümə
İyn 19

"Brent" markalı neft BAHALAŞDI

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Dünya bazarında neftin bahalaşması müşahidə olunub.

King.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.11 dollar (0.14%) artaraq bir barel üçün 79.96 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" markalı neftin qiyməti 0.30 dollar (0.38%) artaraq bir barel üçün 79.85 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.37 dollar (0.45%) artaraq bir barel üçün 76.97 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 0.19 dollar (0.25%) ucuzlaşaraq bir barel üçün 76.6 dollara satılmışdı.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.