Cümə axşamı
İyn 18

ABŞ və Fransa prezidentlərinin salamlaşması müzakirələrə səbəb oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp və Fransa dövlət başçısı Emmanuel Makron arasında Versalda baş tutan görüşdə ənənəvi salamlaşmadan sonra fərqli bir təmas diqqət çəkib.

King.Az xəbər verir ki, liderlər əllərini "qıfıllayaraq" özünəməxsus güc nümayiş etdiriblər.

Adi salamlaşma anı qısa müddətdə daha sərt xarakter alıb. Dövlət başçıları bir-birinin sağ əlini bərk sıxaraq, qol güləşdirirmişlər kimi güc nümayiş etdiriblər. Prosesin başlanğıcında təşəbbüs Fransa prezidentinin tərəfində olub. Lakin çox keçmədən Tramp üstünlüyü ələ alıb, təması daha da gücləndirərək sərbəst əli ilə Makronun çiyninə vurub və onun əlini özünə doğru çəkib. Buna cavab olaraq, Emmanuel Makron bu "duel"də tarazlığı bərpa etmək üçün bədəninin mövqeyini dəyişməyə cəhd göstərib. Nəticədə, ABŞ prezidentinin əlini özünə yaxınlaşdırmağa nail olan Fransa lideri digər əlini onun kürəyinə qoyub və ortaya maraqlı kadrlar çıxıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.