Fransa Prezidenti Emmanuel Makron "Böyük Yeddilik ölkələri" (G7) sammiti çərçivəsində çəkilmiş videonu "Instagram"da rusiyalı Aleksey Plujnikovun müəllifi olduğu "Kapibaralar haqqında" mahnısının müşayiəti ilə paylaşıb.
King.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, videoda musiqinin fonunda Makronun ABŞ Prezidenti Donald Trampla, İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə, Almaniya Kansleri Fridrix Mertslə, Böyük Britaniyanın Baş naziri Kir Starmerlə və sammitin digər iştirakçıları ilə görüşdüyü əks olunub.
Xatırladaq ki, 2025-ci ilin iyununda Makron 51-ci G7 sammitindən olan görüntülərində də "Kapibara" trekindən istifadə etmişdi.
Oxşar Mövzular
Tramp BRICS ölkələrini iqtisadi müharibə ilə hədələdi
7-07-2025, 13:15