Çərşənbə axşamı
İyn 16

"Sabah" "Maribor"la razılaşdı: Patrik Mbina Azərbaycanda çıxış edəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Sabah" klubu futbolçu Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.

Bu barədə King.Az-a Masazır təmsilçisindən məlumat verilib.

25 yaşlı hücumçunun icarəsi ilə bağlı Sloveniyanın "Maribor" klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Qabonlu oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Mbina bu ilin fevralından "Sabah"ın uğurları üçün çalışır. O, komandanın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.