Bazar ertəsi
İyn 15

Tanınmış amerikalı müğənni Braziliyada helikopter qəzasında həlak oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Amerikalı müğənni Oliver Tri Braziliyanın Rio-de-Janeyro şəhərində baş vermiş aviaqəzada həyatını itirib.

King.Az-ın məlumatına görə, bu barədə yerli G1 portalı xəbər verib.

Bildirilib ki, hadisə zamanı iki helikopter toqquşub. Hadisə şahidləri helikopterlərin havada toqquşaraq dayanacağa düşdüyünü, bundan sonra onlardan birinin partladığını bildiriblər. Qəza nəticəsində azı 6 nəfər həlak olub.

Qeyd edək ki, Oliver Tri 1993-cü ildə ABŞ-nin Kaliforniya ştatında anadan olub. İfaçının debüt albomu "Ugly is Beautiful" "Billboard 200" siyahısında 14-cü yeri tutub.

Müğənniyə populyarlıq gətirən "Life Goes On" (2021) və "Miss You" (2022) hitləri "Spotify" musiqi platformasında ümumilikdə 1.4 milyard dəfədən çox dinlənilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.