Polşa Seyminin (parlamentin aşağı palatası) vitse-spikeri Kşiştof Bosak bəyan edib ki, Kiyev Varşavanın bütün şərtlərini yerinə yetirməyənə qədər Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə razılıq verilməməlidir.
King.Az xəbər verir ki, bu barədə Bosak "X" sosial şəbəkəsində açıqlama yayıb.
Bosak qeyd edib ki, Bandera ideologiyasından imtina, Ukraynada polyak azlığının hüquqlarına hörmət və sənaye üçün güzəştlər Polşanın bu məsələni ümumiyyətlə nəzərdən keçirməyə başlaması üçün ilkin şərtlər olmalıdır. Siyasətçi vurğulayıb ki, hazırda Varşavanın Ukrayna ilə bağlı öz maraqlarını və gözləntilərini aydın şəkildə ifadə etməsinin vaxtıdır.