Qlobal bazarda neftin ucuzlaşması müşahidə olunub.
King.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat verib.
Londonun ICE birjasında avqust ayında tədarük ediləcək "Brent" markalı neftin füçersləri aprelin 17-dən bəri ilk dəfə olaraq bir barel üçün 89 dollardan aşağı düşüb.
Məlumata görə, "Brent" markalı neft 4.77% ucuzlaşaraq bir barel üçün 88.66 dollar olub.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 4.63 % azalaraq bir barel üçün 85.86 dollara satılıb.
Oxşar Mövzular
İran XİN ABŞ ilə danışıqların bəzi detallarını açıqladı
24-07-2025, 11:41"WhatsApp" milyonlarla "iPhone" smartfonunda işini dayandıracaq
3-12-2024, 13:19
