Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna İştirakçı Dövlətlər Assambleyasının Bürosu cinsi qısnama iddiaları fonunda prokurorKərim Xanı intizam araşdırması üzrə yekun qərar qəbul edilənədək işdən uzaqlaşdırıb.
King.Az xəbər verir ki, bu barədə müvafiq bəyanat məhkəmənin rəsmi internet səhifəsində yerləşdirilib.
Qurumun məlumatına əsasən, Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun vəzifədən kənarlaşdırılması barədə qərar dərhal qüvvəyə minir. İcraat baxılmaq üçün İştirakçı Dövlətlər Assambleyasına göndərilib. Həmçinin, bu məsələnin müzakirəsi üçün ən qısa müddətdə xüsusi sessiyanın çağırılması qərara alınıb. Eyni zamanda vurğulanır ki, prokurorun işdən uzaqlaşdırılması tam yekun qərar deyil. Vəzifədən kənarlaşdırma qərarı BMT-nin Daxili Nəzarət Xidmətləri İdarəsinin hazırladığı istintaq hesabatına, mövcud sübutlara, habelə məhkəmə ekspertlərinin tövsiyələrinə və yazılı sənədlərə əsasən qəbul edilib.
2024-cü ilin noyabrında BCM-nin İştirakçı Dövlətlər Assambleyası qısnama iddiaları ilə əlaqədar Xana qarşı təhqiqata başlayıb və ona səlahiyyətlərini təhvil verməyi məsləhət görüb. Daha sonra, 2025-ci ilin mayında sözügedən ittihamlar fonunda Xan inzibati məzuniyyətə çıxıb.
Qeyd edək ki, 2023-cü ildə Kərim Xan Rusiya Prezidenti Vladimir Putinin və uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə dair order verib. Bundan sonra Rusiya İstintaq Komitəsi Xan və BCM hakimlərinə qarşı cinayət işi başladıb. Kreml isə Rusiyanın məhkəmənin yurisdiksiyasını tanımadığını bəyan edib.
Oxşar Mövzular

Gündəlik Bürclər-(04.04.2026)
4-04-2026, 00:00
BƏƏ-də PUA hücumundan sonra liman fəaliyyətini məhdudlaşdırdı
14-03-2026, 17:11
