Şənbə
May 30

Rusiya Ermənistandakı səfirini geri çağırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin rəsmi İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

King.Az xəbər verir ki, bu barədə Rusiya XİN bəyanat yayıb.

"Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.Kopırkin Ermənistan rəhbərliyinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlığa zərər vuran Avropa İttifaqı ilə yaxınlaşma istiqamətindəki addımları ilə bağlı məsləhətləşmələr üçün Moskvaya çağırılıb", - deyə XİN-in bəyanatında qeyd edilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.