Şənbə
May 30

Tramp tibbi müayinədən keçdi: Həkim nəticələri açıqladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Trampın tibbi müayinəsi onun sağlamlığında hər hansı problemin olmadığını göstərib. Yoxlama nəticəsində müəyyən edilib ki, o, dövlət başçısının vəzifələrini yerinə yetirməyə qadirdir.

King.Az xəbər verir ki, bu barədə Donald Trampın şəxsi həkimi Şon Barbarellanın Ağ Ev tərəfindən yayımlanan rəyində qeyd olunub.

Bildirilib ki, müayinə mayın 26-da Vaşinqtonun yaxınlığında yerləşən Uolter Rid adına hərbi-tibb mərkəzində keçirilib. Sənəddə vurğulanır ki, yoxlama D.Trampın yaxşı fiziki vəziyyətdə olduğunu, həmçinin ürək, ağciyər və sinir sisteminin normal fəaliyyət göstərdiyini təsdiqləyib.

"Tramp ali baş komandan və dövlət başçısı vəzifələrinin icrasına tam uyğundur", - deyə həkimin rəyində bildirilib.

Barbarella, həmçinin qeyd edib ki, amerikalı liderin koqnitiv və fiziki sağlamlığı yaxşı səviyyədədir. Həkimin fikrincə, Trampın gərgin iş qrafiki, o cümlədən yüksəksəviyyəli görüşlər, ictimai çıxışlar və fiziki aktivlik onun özünü yaxşı hiss etməsinə müsbət təsir göstərir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.