Cümə
May 29

Netanyahu Qəzzanın 70 faizə qədərinin tutulması əmrini verdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Ordusuna (SAXAL) Qəzza zolağı ərazisinin 70 faizinə qədərinə nəzarətin təmin edilməsi barədə göstəriş verib.

King.Az xəbər verir ki, bu barədə AFP və "Reuters" agentlikləri məlumat yayıblar.

"Biz əvvəlcə 50 faizə nəzarət edirdik, daha sonra 60 faizi tutduq. Mənim göstərişim 70 faizə yaxınlaşmaqdır, gəlin buna başlayaq. Biz HƏMAS-ı hər tərəfdən sıxışdırırıq. Qalıqların da öhdəsindən gələcəyik", - deyə Netanyahu konfrans zamanı bildirib.

İsrailin eksklavın bütün ərazisini nəzarətə götürməsi ilə bağlı suala cavabında hökumət başçısı bu istiqamətdə işlərin aparıldığını qeyd edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.