Cümə axşamı
May 28

"Brent" markalı neft 4 faiz bahalaşıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Londonun ICE birjasında iyul ayı üçün "Brent" markalı xam neftin füçersləri 4%-dən çox bahalaşıb.

King.Az xəbər verir ki, bu, ticarət sessiyasının göstəricilərindən bəlli olub.

Bakı vaxtı ilə saat 08:28-ə olan məlumata əsasən, "Brent" neftinin dəyəri 4.15% artaraq bir barel üçün 98.2 dollara çatıb.

Saat 08:35-ə qədər "Brent" markalı neftin bahalaşma tempi bir qədər zəifləyərək bareli üçün 97.99 dollar təşkil edib. Eyni zamanda, iyul ayına çatdırılma ilə WTI markalı neftin füçers qiyməti 4.09% yüksələrək bareli üçün 92.31 dollara çatıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.