İyun ayının qeyri-iş günləri müəyyənləşib.
King.Az-ın məlumatına görə, iyunda ümumilikdə 10 qeyri-iş günü olacaq.
Belə ki, bura iki rəsmi bayram və dörd həftəsonu günləri daxildir.
15 iyun - Milli Qurtuluş Günü, 26 iyun - Silahlı Qüvvələr Günüdür. Qeyd olunan tarixlər müvafiq olaraq bazar ertəsi və cümə gününə təsadüf edir.
Bununla yanaşı, 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun isə şənbə və bazar günləridir.
Onu da əlavə edək ki, iyunun 13-də, 14-də, 15-də, həmçinin 26, 27 və 28-də ardıcıl olaraq qeyri-iş günləri hesab ediləcək.
Oxşar Mövzular

İstanbula gələn Roma Papası XIV Leo ilk gecəni katedralda keçirib
28-11-2025, 12:31İlham Əliyev Belçika kralını təbrik etdi
21-07-2025, 11:50Hakan Fidan və Sergey Lavrov regional məsələləri müzakirə ediblər
13-01-2025, 13:12