Şənbə
May 23

Belarusda tarixi saray hərracda 32 dollara satıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Belarusun Dyatlovo şəhərində yerləşən Radzivillər sarayı hərracda 90 Belarus rubluna (təxminən 32 dollar) satılıb. Obyektin real bazar dəyəri isə 255 000 Belarus rublu təşkil edir.

King.Az xəbər verir ki, bu barədə TASS Belarus Universal Əmtəə Birjasının hərrac sənədlərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, saray zirzəmisi və dörd soyuq tikilisi olan ikimərtəbəli kərpic binadan ibarətdir. Tikilinin tarixi Müqəddəs Roma imperiyasının knyazı, dövlət xadimi, tarixçi, şair və yazıçı Ulrik Kriştof Radzivillin ailəsi ilə bağlıdır. 1938-ci ildən 2010-cu ilə qədər binada stomatoloji klinika fəaliyyət göstərsə də, orijinal memarlıq elementləri qorunub saxlanılıb. Tarixboyu sarayda, həmçinin məktəb, qızlar üçün sığınacaq, hərbi hospital və xəstəxana da yerləşib.

Tarixi bina əvvəllər də bir neçə dəfə satışa çıxarılıb. Belarus mediasının məlumatına görə, sarayın yeni sahibi Rusiya vətəndaşı olan bir qadındır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.