Şənbə
May 23

Hansı "powerbank"lar partlaya bilər? - Mütəxəssisdən xəbərdarlıq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ucuz və deformasiyaya uğramış "powerbank"lar yanğın və partlayış riski daşıyır.

King.Az xəbər verir ki, bu barədə NEWS.ru-ya IT-ekspert Vladimir Zıkov danışıb.

O qeyd edib ki, bu cihazlar "portativ kimyəvi reaktorlar" kimi davranır.

Onun sözlərinə görə, batareyanın daxilində katod, anod və nazik məsaməli separator yerləşir. Bu qatların zədələnməsi qısaqapanmaya səbəb olur, temperatur sürətlə yüksəlir, elektrolit qaynayır və alışqan qazlar əmələ gəlir. Nəticədə korpus partlayır və yanma baş verir. Bu proses "termal qaçış" adlanır və ucuz cihazlarda daha tez-tez baş verir.

Mütəxəssis vurğulayıb ki, "powerbank"ın şişməsi ən təhlükəli əlamətdir və belə cihazdan istifadəni dərhal dayandırmaq lazımdır. Onun sözlərinə görə, şişmiş cihazlarda ən kiçik mexaniki təsir belə yanğın və ya partlayışa səbəb ola bilər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.