Cümə
May 22

Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycanda Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək.

King.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur.

Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.