Cümə
May 22

İlon Mask və Mark Zukerberqin Trampa təsiri: Ağ Ev lideri onlara görə hansı fərmanı imzalamadı?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp süni intellektin (Sİ) yoxlanılması üzrə yeni sistemin tətbiqi haqqında fərmanı ləğv edib.

King.Az xəbər verir ki, bu barədə üç mənbəyə istinadən "The Washington Post" (WP) nəşri məlumat yayıb.

Bildirilib ki, Ağ Ev lideri bu qərarı ABŞ Prezidentinin Elm və Texnologiya üzrə Məsləhət Şurasının sədri Devid Saks, "SpaceX"in baş direktoru İlon Mask və "Meta"nın qurucusu Mark Zukerberqlə söhbətindən sonra verib.

Sənaye ekspertləri dövlət başçısına xəbərdarlıq ediblər ki, yeni sistem ABŞ iqtisadiyyatının təməlini təşkil edən texnologiyanın inkişafını ləngidə bilər. Ağ Evin aparıcı İT şirkətlərinin rəhbərlərinə imzalanma mərasimi üçün artıq dəvətnamə göndərməsinə baxmayaraq, Tramp fərmanı imzalamaqdan imtina edib.

Mərasimin başlamasına bir neçə saat qalmış Tramp Oval kabinetdə jurnalistlərlə söhbətində fərman layihəsini bəyənmədiyi üçün imzalanmanın ləğv edildiyini bildirib.

"Mən, həqiqətən də, bunun bir maneə ola biləcəyini düşünürdüm. Və bunun baş verməyəcəyinə əmin olmaq istəyirəm", - deyə Sİ-nin ABŞ iqtisadiyyatı üçün üstünlüklərini qeyd edən Tramp vurğulayıb.

WP qeyd edir ki, süni intellektin tənzimlənməsi məsələsi Trampın müttəfiqləri və onun administrasiyası arasında fikir ayrılığı yaradıb, xüsusən də yeni nəsil modellərin kompüter kodundakı boşluqları tapmaq və onlardan istifadə etmək qabiliyyətini nümayiş etdirməsi fonunda. Mask, Saks və Sİ inkişafı ilə məşğul olan iri şirkətlər Respublikaçılar Partiyasının gələcək maliyyələşməsində mühüm rol oynaya biləcək əsas siyasi sponsorlardır, lakin seçicilər süni intellektin iş yerlərini azaldacağından və elektrik enerjisinin qiymətini artıracağından getdikcə daha çox narahat olurlar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.