Cümə
May 22

Premyer Liqa yolunda həlledici duel: "Qəbələ"nin rəqibi bu gün müəyyənləşir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Futbol üzrə Misli Premyer Liqasına gedən yolda pley-off mərhələsinin ikinci iştirakçısının adına məhz bu gün aydınlıq gələcək.

King.Az xəbər verir ki, I Liqada mövsümün həlledici və sonuncu - XXVII turu çərçivəsində "Mingəçevir" öz meydanında "Səbail"i qəbul edəcək.

Futbol azarkeşlərinin maraqla gözlədiyi qarşılaşma Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında təşkil olunacaq və saat 17:00-da start götürəcək. Bu gərgin görüşün idarəedilməsi isə təcrübəli FIFA referisi Elçin Məsiyevə həvalə olunub.

Turnir cədvəlindəki mövcud vəziyyətə əsasən, "Səbail" 50 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Onun ən yaxın izləyicisi "Mingəçevir" isə 48 xalla üçüncü pillənin sahibidir.

Xatırladaq ki, I Liqada mövsümü ikinci yerdə başa vuran komanda Misli Premyer Liqasının 11-ci pilləsində qərarlaşan "Qəbələ" ilə həlledici pley-off matçında üz-üzə gəlmək hüququ əldə edəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.