Pakistanın şimal-qərbində terror hücumu nəticəsində ən azı doqquz hərbçi həlak olub, 20-dən çoxu yaralanıb.
King.Az bu barədə "Sinxua" agentliyinə istinadən xəbər verir.
Hadisə Xayber-Paxtunxva əyalətinin Badjaur rayonunda baş verib. Partlayıcı maddələrlə yüklənmiş avtomobildə olan terrorçu hərbi düşərgənin ərazisinə daxil olub və partlayıcı qurğunu işə salıb. Partlayışdan dərhal sonra yaraqlılar hərbçilərə atəş açıblar. Cavab atəşi ilə bir neçə terrorçu məhv edilib.
Xayber-Paxtunxvadakı radikal qruplaşmalar qondarma Vəziristan İslam Dövləti yaratmağa çalışırlar. Bölgə Əfqanıstanla sərhəddə, qəbilə ərazilərində yerləşir. Bura "Əl-Qaidə" terror şəbəkəsinin və "Fitna al-Kxavaric" qruplaşmasının (həmçinin "Təhriki-Taliban Pakistan" və ya Pakistan talibanlarının hərəkatı" kimi də tanınır) yaraqlılarının artan aktivliyi səbəbindən Pakistanın ən qaynar nöqtələrindən biridir.
Oxşar Mövzular
KİV: Tramp Ukrayna münaqişəsi ilə bağlı 28 bəndlik yeni planı təsdiqlədi
20-11-2025, 11:21