Azərbaycan Hava Yolları (AZAL) Dubay istiqamətində uçuşların həyata keçirilməsini bu gündən etibarən bərpa edib.
King.Az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, Bakı-Dubay-Bakı marşrutu üzrə reyslər həftənin bütün günləri icra olunacaq.
Xatırladaq ki, fevralın 28-də Yaxın Şərqdə yaranmış gərgin vəziyyət və hava məkanında tətbiq edilən məhdudiyyətlərlə əlaqədar sözügedən istiqamət üzrə uçuşlar müvəqqəti dayandırılmışdı.
Oxşar Mövzular
Anam ilə birlikdə hər şeyim getdi' - Balaəli
24-02-2025, 16:37
Gündəlik Bürclər-(23.06.2025)
23-06-2025, 00:00