ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Pekinin texnologiya sahəsində bir-birinə qarşı kəşfiyyat fəaliyyəti apardığını bəyan edib.
King.Az xəbər verir ki, dövlət başçısı bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
Tramp vurğulayıb ki, ABŞ texnologiyalar sahəsində Çin kimi "bəzi şeylər" edir.
"Mən Çin lideri Si Cinpinlə bu mövzuda çox ciddi danışdım və istərdim ki, sözügedən məsələ həll olunsun. Onlar bununla 50 ildir məşğul olurlar", - deyə Tramp vurğulayıb.