Çərşənbə axşamı
May 12

Baş nazir Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 12-də bp şirkətinin yeni baş icraçı direktoru Meq O`Nilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

King.Az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan ilə bp arasında mövcud olan uzunmüddətli və səmərəli tərəfdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər.

Qarşılıqlı faydalı əməkdaşlığın M.O`Nilin fəaliyyəti dövründə daha da genişlənəcəyinə və yeni layihələrlə zənginləşəcəyinə ümidvarlıq ifadə olunub.

bp-nin Azərbaycanda həyata keçirdiyi layihələrin ölkənin enerji sektorunun inkişafında rolu vurğulanıb, əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.