İran ətrafında yaranmış vəziyyət və Çinin tətbiq etdiyi məhdudiyyətlər qlobal kükürd turşusu bazarında tədarük zəncirinin pozulmasına və qiymətlərin kəskin artmasına səbəb olub.
King.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Qəzet qeyd edir ki, kükürd turşusu gübrə istehsalında, mis və digər metalların emalında, eləcə də kağız, kompüter çipləri və su təmizləmə sistemlərinin hazırlanmasında geniş istifadə olunur. Dünya üzrə tədarükün böyük hissəsi Fars körfəzi ölkələrində fəaliyyət göstərən neft emalı zavodlarının payına düşür.
"Acuity Commodities" şirkətinin rəhbəri Freda Qordon nəşrə müsahibəsində bildirib ki, gübrə bazarında yaranan təhdidlər ən böyük kükürd turşusu istehsalçısı olan Çini bu ay ixracı məhdudlaşdırmağa vadar edib.
Onun sözlərinə görə, bu addım qıtlığı daha da dərinləşdirərək qiymətlərin yenidən yüksəlməsinə təkan verib.
"WSJ" yazır ki, ABŞ və İsrailin İrana qarşı hücumları, həmçinin Pekinin tətbiq etdiyi yeni ixrac qadağaları dünya kənd təsərrüfatının və bir çox sənaye sahələrinin asılı olduğu bu maddənin əlçatanlığı ilə bağlı ciddi narahatlıqlar yaradıb.
"Argus" agentliyinin eksperti Sara Marlo isə hesab edir ki, Çinin tətbiq etdiyi məhdudiyyətlər ən çox Çili və İndoneziyaya zərbə vura bilər.
Oxşar Mövzular
I'm A Boss - Young Life Feat. Lil Wayne & Paul Wal
7-10-2024, 17:52