Cümə
May 08

Dünyaca məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Məşhur müğənni Bonni Tayler Portuqaliyada təcili xəstəxanaya yerləşdirildikdən sonra süni komaya salınıb.

King.Az "Correio da Manha" nəşrinə istinadən xəbər verir ki, "Holding Out For A Hero" hitinin ifaçısı Faru şəhərindəki tibb müəssisələrindən birində müalicə olunur.

Bildirilib ki, hazırda reanimasiya şöbəsində olan 74 yaşlı sənətçi süni tənəffüs aparatına qoşulub.

Bir gün əvvəl müğənninin nümayəndəsi onun bağırsağındakı problem səbəbindən təcili cərrahi əməliyyat olunduğunu açıqlayıb:

"Əməliyyat uğurla keçib və o, hazırda bərpa olunur. Bilirik ki, onun ailəsi, dostları və pərəstişkarları bu xəbərdən narahat olacaqlar. Hər kəs ona tezliklə tam sağalmağı arzulayır", - deyə mənbə qeyd edib.

Qeyd edək ki, əsl adı Qeynor Sallivan olan Bonni Tayler 1951-ci ilin iyununda Böyük Britaniyanın Skuen kəndində anadan olub. İfaçının musiqi karyerası 1976-cı ildə "Lost In France" mahnısı ilə başlayıb. Sənətçi 1980-1990-cı illərdə dünyaşöhrətli hitləri ilə populyarlığının zirvəsinə çatıb. 2013-cü ildə isə o, "Believe In Me" mahnısı ilə Böyük Britaniyanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.