Hörmüz boğazında hərəkət edən yük gəmisi mərmi zərbəsinə məruz qalıb.
King.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) "X" hesabında məlumat yayıb.
"Təsdiqlənmiş mənbədən alınan xəbərə əsasən, naməlum mərmi yük gəmisinə dəyib", - deyə qurumun açıqlamasında qeyd olunub.
Bu hadisənin hansı fəsadlara və dağıntılara yol açdığı barədə hər hansı təfərrüat yoxdur.
Oxşar Mövzular
Gürcüstanda Şaxta baba patentləşdirildi
31-12-2024, 16:43
"Formula-1" Azərbaycan Qran-prisi Lyuis Hamillton üçün əlamətdar olub
15-09-2024, 16:02
