ABŞ xüsusi xidmət orqanlarının nümayəndələri hesab edirlər ki, Vaşinqton və Təl-Əvivin həyata keçirdiyi müştərək əməliyyat İranın nüvə fəaliyyətlərinə ağır zərbə vura bilməyib.
King.Az xəbər veir ki, bu barədə "Reuters" məlumat yayıb.
ABŞ rəhbərliyi hələ də düşünür ki, Tehranın nüvə silahı istehsal etməsi ehtimalına doqquz aydan on iki aya qədər bir müddət tələb oluna bilər.
Mütəxəssislərin qənaətinə əsasən, İranın əlində olan yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına faktiki olaraq heç bir zərər dəyməyib və bu maddənin dəqiq miqdarı gizli olaraq qalmaqdadır. Təhlilçilər atom silahının əldə edilməsi üçün lazım olan müddəti dəyərləndirərkən məhz bu elementi həlledici faktor kimi qəbul edirlər.
Oxşar Mövzular
