Bazar ertəsi
May 04

Aİ Böyük Britaniyadan bazarlarına daxil olmaq üçün hər il bir milyard tələb edir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Avropa İttifaqı Londonun vahid bazardan istifadə edə bilməsi üçün təşkilatın büdcəsinə hər il vəsait ödəməsini istəyir.

King.Az xəbər verir ki, bu barədə Britaniyanın "Times" nəşri məlumat yayıb.

Avropanı təmsil edən nümayəndələr vurğulayıblar ki, bazara daimi giriş əldə etmək üçün hər il təqribən 1 milyard funt sterlinq həcmində ödənişin edilməsi əsas şərtdir.

Brüssel yay aylarında baş tutacaq sammitdə Böyük Britaniyanın Baş naziri Keyr Starmer tərəfindən bu şərtin qəbul ediləcəyinə ümid edir. Yalnız bu addımdan sonra tərəflər arasında gələcək əməkdaşlıq və inteqrasiya üzrə müzakirələrin başlanması planlaşdırılır.

Xatırladaq ki, keçən ilin mayında London və Brüssel "Brexit" prosesindən sonra əlaqələri bərpa etmək və tərəfdaşlığı dərinləşdirmək barədə ortaq məxrəcə gəlmişdilər. Həmin vaxt fitosanitar normalar üzrə müddətsiz saziş, eləcə də balıqçılıq zonalarına girişlə bağlı xüsusi sənəd imzalanmışdı.

Bununla yanaşı, Birləşmiş Krallıq kənd təsərrüfatı mallarının və dəniz məhsullarının Avropa bazarına çıxarılmasındakı əngəlləri aradan qaldıran baytarlıq sazişini də təsdiqləmişdi.

Bütün bunlara baxmayaraq, London Aİ-nin gömrük ittifaqına yenidən daxil olmaq variantını tamamilə rədd edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.