Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilib.
King.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Yeni qanunla dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsinə görə cərimələrin tutulması qaydası dəyişib.
Belə ki, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayətinin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınıb.
Dəyişiklikdən öncə sanksiyasında cərimənin məbləği konkret aralıqda - 9 min manatdan 13 min manatadək nəzərdə tutulduğu halda, yeni qanuna görə "cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında" müəyyən edilib. Bu dəyişikliklə cərimənin miqdarı birbaşa vurulan zərərlə əlaqələndirilib.
Eyni zamanda, külli miqdarda törədilən əməllərə görə alternativ cəza növü kimi üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da əlavə edilib.
Sənədə görə, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.
Oxşar Mövzular

Türkiyədə İran PUA-sının qalıqları tapıldı
12-02-2026, 12:57Donald Tramp: "Nobel Sülh mükafatına iddia etmirəm"
4-09-2025, 11:29