Qlobal bazarda "Brent" markalı neft bahalaşmaqda davam edir.
King.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 9:09-da Londonun ICE birjasında iyun ayına çatdırılma ilə "Brent"in füçerslərinin qiyməti 0.25 dollar (0.22%) artaraq bir barel üçün 111.51 dollara çatıb. Əvvəlki sessiyada onun qiyməti 3.03 dollar (2.8%) artaraq bir barel üçün 111.26 dollar olmuşdu.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.18 dollar (0.18%) azalaraq bir barel üçün 99.75 dollara düşüb. Əvvəlki sessiyada WTI markalı xam neft 3.56 dollar (3.7%) artaraq bir barel üçün 99.93 dollar olub.
Oxşar Mövzular
Mustafa Sandal - Araba
6-11-2024, 22:11
Gündəlik Bürclər-(19.12.2025)
19-12-2025, 00:00
Tramp Avropanı Ukraynanı silahsız qoymaqla hədələyib
2-04-2026, 12:42