Böyük Britaniya Kralı III Çarlz ABŞ Prezidenti Donald Trampa "HMS Trump" adlı Britaniya sualtı qayığına məxsus gəmi zəngi hədiyyə edib.
Bu barədə King.Az CNN-ə istinadən məlumat yayıb.
"Sizin cəsur adaşınızın göyərtəsində asılmış bu orijinal zəngi şəxsi hədiyyə kimi təqdim etməkdən məmnunluq duyuram. Qoy bu əşya ortaq tariximizin və parlaq gələcəyimizin sübutu olsun", - deyə Kral bildirib.
O əlavə edib ki, əgər nə vaxtsa Trampın Böyük Britaniya ilə əlaqə saxlamağa ehtiyacı yaransa, sadəcə zəngi çalmaq kifayətdir. Hədiyyə NATO-nun və 2021-ci ilin sentyabrında Hind-Sakit okean regionunda yaradılmış Avstraliya, Böyük Britaniya və ABŞ-nin üçtərəfli müdafiə alyansı olan AUKUS-un əhəmiyyəti barədə müzakirələrdən sonra təqdim edilib.
Qeyd olunub ki, "HMS Trump" sualtı qayığı 1944-cü ildə suya buraxılıb və xüsusən Böyük Britaniyanın Sakit okean donanmasının tərkibində xidmət göstərib.
Oxşar Mövzular
Ermənistan BMT-də Rusiyanı ittiham edən qətnaməni dəstəkləyib
18-04-2025, 20:37