Pakistanda istehsal olunan 400 kilometr mənzilli "Fatah-2" çoxnövlü raket sistemi uğurlu sınaqdan keçirilib.
King.Az xəbər verir ki, bu barədə Pakistan ordusundan rəsmi məlumat verilib.
Qeyd olunub ki, qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz olunmuş raket sisteminin uğurlu təlim sınağı raket qüvvələrinin döyüş imkanlarının artırılmasına yönəlib.
"Dəqiqliyi və döyüş davamlılığını artırmaq üçün daxil edilmiş bir sıra altsistemlərin xüsusiyyətləri və müxtəlif texniki parametrləri yoxlanılıb", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, ilin əvvəlində Pakistan Hərbi Dəniz Qüvvələri düşmənin quru və dəniz hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulan yerli istehsal - "Taimoor" qanadlı raketini uğurla sınaqdan keçirib.
Oxşar Mövzular
Putin İranla strateji tərəfdaşlıq sazişinin ratifikasiyasını təsdiqləyib
21-04-2025, 20:20