Çərşənbə
Apr 29

İran səfiri: "Müharibənin zərərlərini Hörmüz boğazından keçən gəmilərdən aldığımız rüsumlarla qarşılayacağıq"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"ABŞ Prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, İran təslim olmayacaq və təzyiq altında heç bir müzakirəyə getməyəcək".

King.Az xəbər verir ki, bu barədə İslam Respublikasının Qahirədəki səfiri Müctəba Firdovsi Pur mətbuata açıqlamasında bildirib.

"ABŞ-nin bizimlə güc mövqeyindən danışmasına icazə verməyəcəyik. İran heç vaxt ona boyun əyməyəcək və yeni hücum təhdidləri altında danışıqlar aparmayacaq", - deyə diplomat əlavə edib.

Səfir həmçinin deyib ki, Tehran Vaşinqtonla ehtimal olunan danışıqlar zamanı özünün raket proqramını, eləcə də İran tərəfindən dəstəklənən regional silahlı qruplaşmaların cəmləşdiyi "Müqavimət oxu"nu müzakirə etmək niyyətində deyil.

"Biz raket proqramı və "Müqavimət oxu" mövzusunda heç bir dialoq aparmayacağıq", - deyə o qeyd edib. İranın Misirdəki nümayəndəsi vurğulayıb ki, ABŞ eyni zamanda İslam Respublikasının nüvə dosyesi çərçivəsində bütün qanuni hüquqlarına hörmətlə yanaşmalıdır. Səfir bildirib ki, əgər İran ABŞ və İsraildən lazımi təzminatları almazsa, ona dəyən ziyanı Hörmüz boğazından keçən gəmilərdən rüsumlar toplamaq yolu ilə qarşılamağa məcbur olacaq.

"Biz ABŞ və İsraildən təzminat tələb edirik, əgər bunu əldə etməsək, müharibənin gətirdiyi zərəri Hörmüz boğazından keçid üçün nəzərdə tutulan rüsumlar vasitəsilə qarşılamaq məcburiyyətində qalacağıq", - deyə iranlı diplomat məlumat verib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.