"Microsoft" ilə "OpenAI" arasında mövcud olan tərəfdaşlıq müqaviləsinin şərtləri dəyişdirilib. Artıq "Microsoft" şirkəti "OpenAI" məhsullarına eksklüziv çıxış hüququnu itirib.
King.Az xəbər verir ki, bu barədə "OpenAI"nin rəsmi bəyanatında bildirilib.
Yeni razılaşmaya əsasən, "Microsoft" 2032-ci ilə qədər "OpenAI"nin modelləri və məhsulları üzrə intellektual mülkiyyət lisenziyasını saxlamaq hüququna malikdir. Lakin bu çıxış artıq eksklüziv xarakter daşımır. Bu isə o deməkdir ki, "OpenAI" öz məhsullarını digər bulud platformaları vasitəsilə də təqdim edə biləcək.
Bununla belə, "Microsoft" şirkəti "OpenAI"nin əsas bulud tərəfdaşı olaraq qalır və süni intellekt texnologiyaları ilk növbədə "Azure" platformasında yerləşdirilməyə davam edəcək. Texnologiya nəhəngi "OpenAI" şirkətində əsas səhmdar kimi iştirakını da qoruyub saxlayır.
"Reuters" agentliyinin məlumatına görə, yeni şərtlər "OpenAI"yə öz məhsullarını "Microsoft"un birbaşa rəqibləri olan "Amazon" və "Google" kimi şirkətlərə də təqdim etməsinə imkan yaradır.
Oxşar Mövzular
Tramp Baydenə zəng edib
7-12-2024, 13:50"Qalatasaray" maaşların ödənməsi üçün 20 milyon avro xərcləməli olacaq
12-03-2025, 13:27