Xaçmaz rayonunda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
King.Az-ın məlumatına görə, hadisə bu gün səhər saat 5 radələrində rayonun Qusarkənd kəndi ərazisində baş verib.
Kənd sakini, 1966-cı il təvəllüdlü Telman Xasay oğlu Fərhadov yaşadığı evin həyətində pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılan T.Fərhadov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Mövzular
Leyla Əliyeva Şahdağ Milli Parkından görüntülər paylaşıb
18-03-2025, 10:40