Çərşənbə axşamı
Apr 07

Tramp ispan dilini öyrənəcəyini və Venesuela prezidenti olacağını deyib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"İrandakı münaqişə başa çatdıqdan sonra ispan dilini öyrənəcəyəm və Venesuela prezidenti postu uğrunda mübarizə aparmağa çalışacağam".

King.Az "C-Span" telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

"Mən bu işi bitirdikdən sonra Venesuelaya gedə bilərəm. İspan dilini tez öyrənəcəyəm. Venesuelaya gedəcəyəm. Mən prezidentliyə namizədliyimi irəli sürməyə hazırlaşıram", - deyə Tramp bildirib.

O vurğulayıb ki, bacarıqları sayəsində ispan dilini öyrənmək çox vaxt aparmayacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.